Nikola Vlasic heyətdən çıxarılıb

Bakı, 18 iyun, Sporaz.tv

Futbol üzrə 2024-cü il Avropa çempionatında (AVRO-2024) mübarizə aparan Xorvatiya millisinin yarımmüdafiəçisi Nikola Vlasic zədəsi səbəbindən heyətdən kənarlaşdırılıb.

 Sporaz.tv xəbər verir ki, Xorvatiya Futbol Federasiyası 26 yaşlı futbolçunun əzələ zədəsi səbəbindən heyətdən çıxarıldığını və millinin düşərgəsini tərk edəcəyini açıqlayıb.

Vlasic federasiyanın sosial media hesabından verdiyi açıqlamada, “Zədəmin komandaya kömək etməyimə mane olacağı üçün son dərəcə təəssüf edirəm. Turnirə hazır olmaq üçün əlimdən gələni etdim. Texniki heyətə verdikləri fürsətə görə təşəkkür edirəm. Mən bu komandaya inanıram və onların uğur qazanacağına əminəm”.

İtaliyanın “Torino” komandasında çıxış edən Vlasic AVRO-2024 B qrupunda İspaniyaya 3:0 hesabı ilə məğlub olduğu Xorvatiya Millisinin ilk oyununda meydana çıxmayıb.

Vüqar ALIŞOV