Nigel Hayes-Davis ilə 3 il daha

Bakı, 4 iyul, Sporaz.tv

Fenerbahçe Beko Basketbol Komandası, 29 yaşlı amerikalı oyunçu Naycel Hayes-Davis ilə 3 illik yeni müqavilə imzalayıb.

Sporaz.tv xəbər verir ki, Fenerbahçe (Fənərbaxça) Beko,Nigel Hayes-Davis ilə yeni 3 illik müqavilə imzalayıb.

Sarı-göylü klubdan edilən şərhdə, “2022-ci ilin yayında Fenerbahçe (Fənərbaxça) ailəsinə qoşulan və komandanın ən vacib hissələrindən biri olan Naycel Hayes-Davis ilə 3 illik yeni müqavilə üzrə razılıq əldə olunub.”- məlumat verilmişdir.

Açıqlamada: “Müqaviləyə əsasən, Naycel Hayes-Davis 2026-2027 mövsümünün sonuna qədər formamızı geyinməyə davam edəcək. Ümid edirik ki, bu anlaşma klubumuz və idmançımız üçün faydalı olacaq və Naycel Hayes Davisə Fenerbahçe Beko forması altında müvəffəqiyyətli mövsümlər keçirməyi arzu edirik.”- ifadələrdən istifadə edilmişdir.