Niderlandlı velosipedçi, dünya rekorduna imza atıb

Bakı, 7 avqust, Sporaz.tv

Niderlandlı velosipedçi Harri Lavreysen “Paris-2024” Yay Olimpiya Oyunlarında dünya rekorduna imza atıb.

Sporaz.tv AZƏRTAC-a istinadən  xəbər verir ki, o, trek velosipedinin sprinti növünün seçmə mərhələsində birinci yeri tutub. İdmançı buna 9.088 saniyə nəticə göstərərək nail olub.

Bundan əvvəlki rekord (9,215 saniyə) onun həmyerlisi Cefri Hoqlanda məxsus idi.

Bu kateqoriya üzrə avstraliyalı Metyu Riçardson (9,091 saniyə) ikinci, israilli Mixail Yakovlev (9,152 saniyə) isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına avqustun 11-də yekun vurulacaq.