Nicolo Zaniolonun transfer qiyməti nə qədərdir?

Bakı, 17 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) “Aston Villa” ilə icarə müqaviləsi başa çatan italyan ulduzu bu dəfə transfer haqqı ilə satmağı planlaşdırır.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı klubun “Atalanta” və “Fiorentina“nın maraqlandığı Zaniolodan gözlədiyi gəlir bəlli olub.

İtaliyadan “Atalanta” və “Fiorentina”dan başqa, İspaniyanın “Villarreal” komandası Zaniolonun vəziyyətini bir müddətdir diqqətlə izləyir. Ulduz futbolçuya göstərilən maraqdan məmnun qalan Galatasaray (Qalatasaray)-ın mümkün satışdan 20 milyon avro transfer gəliri gözlədiyi bildirilib.