Nicolo Zaniolodan “Galatasaray” etirafı

Bakı, 2 avqust, Sporaz.tv

Atalanta” “Galatasaray“dan heyətinə qatdığı Nicolo Zaniolo üçün mətbuat konfransı keçirib. İtaliyalı ulduz “Galatasaray”da oynadığı müddətdə qazandıqlarından da danışıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”dan “Atalanta”ya keçən Nicolo Zaniolo İtaliya komandası tərəfindən mətbuata təqdim olunub.

İtaliyalı futbolçu mətbuat konfransında verdiyi açıqlamada “Galatasaray”dakı günlərindən də danışıb.

“Galatasaray” və “Aston Villa” təcrübəsi ilə bağlı Zaniolo, “Xaricə getmək həm futbolçu, həm də kişi kimi inkişafıma kömək etdi. İndi əvvəlkindən daha yetkinəm” dedi.

Karyerasında üçüncü əməliyyatını keçirən və meydançaya qayıdan Zaniolo, “Bazar ertəsi ilk qrup məşqini etdim. Özümü çox daha yaxşı hiss edirəm, zədəni geridə qoydum” dedi.

Ötən mövsümü “Galatasaray”dan icarə əsasında “Aston Villa”da keçirən Zaniolo 39 matçda İngiltərə komandasının formasını geyinib.

25 yaşlı futbolçu bu matçlarda 1290 dəqiqə meydanda olub və 3 qol vurmağı bacarıb.

Bahar Rüstəm