Nicolo Zaniolo transferi son mərhələdə

Bakı, 24 iyun, Sporaz.tv

Galatasaray“ın Nicolo Zaniolonun satışı üçün iki İtalyan komandası ilə danışıqlar apardığı və transferin son mərhələyə çatdığı iddia edilib.

Sporaz.tv xəbər verir ki, Nicolo Zaniolonun “sarı-qırmızılılar”dakı gələcəyinin iyulun 3-də, yəni “Galatasaray”da yeni mövsümün hazırlıqlarına başlanacağı zaman müəyyən olacağı iddia edilib.

İtaliyaya qayıtmağa qərar verən və istəyini klub rəsmilərinə çatdıran Zaniolo üçün “Atalanta” və “Fiorentina” ilə danışıqlar başa çatıb.

Roma“dan transfer edilən 24 yaşlı italyan ulduzun pulunu itirmək istəməyən “Galatasaray” birbaşa satışlarda minimum 15 milyon Avro transfer əvəzi gözləyir.

İcarə düsturunda yeganə şərt, müqaviləyə icradan asılı olmayan 15 milyon Avrodan çox məcburi satınalma opsiyasının daxil edilməsidir.

Ötən mövsümü icarə əsasında “Aston Villa”da keçirən Nicolo Zaniolo İngiltərə Premyer Liqasında 25 matçda meydana çıxıb və iki dəfə fərqlənib.

Bahar Rüstəm