Nicolo Melli, yenidən “Fenerbahçe Beko”da

Bakı, 25 iyun, Sporaz.tv

Fenerbahçe Beko” Basketbol Komandası, sabiq futbolçusu Nikolo Mellini heyətinə qatıb.

Sporaz.tv xəbər verir ki, sarı-göylü klubdan verilən açıqlamada son olaraq ölkəsinin EA7 Emporio Armani Milan komandasında forma geyinən italyan basketbolçu ilə 2 illik razılaşma əldə edildiyi bildirilib.

33 yaşlı oyunçu, 2017-2019-cu illər arasında çalışdığı Fenerbahçe (Fənərbaxça)-da bir dəfə Basketbol Super Liqası və Türkiyə Kubokunun qalibi olub.

Fenerbahçe (Fənərbaxça) ilə yollarını ayıran Melli, 2019-cu ildə Amerika Basketbol Liqası (NBA) təmsilçisi “New Orleans Pelicans”a transfer olunub.