Nicola Zalewski transferlə bağlı qərarını verib

Bakı, 12 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın heyətinə qatmaq istədiyi adlardan biri olan Nicola Zalewskinin Romada qalmağa qərar verdiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray” Super Liqada transfer dövrünün bitməsinə az qalmış işini davam etdirir.

Sarı-qırmızılı komandanın transfer gündəmindəki adlardan biri olan Nicola Zalewski gələcəyi ilə bağlı qərar verib.

Bildirilib ki, “Galatasaray”ın təklifi yaxşı olsa da, Zalewski komandada qalmağa qərar verib. “Roma”nın “Galatasaray”-la transferdə razılaşdığı, lakin Zalewskinin ayrılmaq niyyətində olmadığı bildirilirdi.

“Galatasaray”-ın digər transfer namizədlərinin Fode Ballo Ture və Mario Rui olduğu bildirilir.

Roma” klubunda böyüyən Nicola Zalevski, 2021-ci ildə A komandasına yüksəlib.

Bu mövsüm Romada 3 oyun keçirən Zalewskinin müqaviləsi 2025-ci ildə başa çatır. Zalewski, karyerası ərzində 182 matçda oynayarkən 25 qol vurub və 25 məhsuldar ötürmə edib.

Leave a Reply