“Nice” Beka Beka ilə müqaviləni ləğv edib

Bakı, 16 avqust, Sporaz.tv

Fransa Liqa 1 komandası “Nice” 2 mövsüm əvvəl 12 milyon avroluq transfer qarşılığında heyətinə qatdığı Alexis Beka Beka ilə müqaviləni ləğv edib.

Sporaz.tv xəbər verir ki, yay transfer pəncərəsində Tanguy Ndombeleni heyətinə qatan “Nice” 23 yaşlı yarımmüdafiəçi Alexis Beka Beka ilə yollarını ayırıb.

“Nice” Beka Bekanı 2022-ci ildə “Lokomotiv Moskva “dan 12 milyon avroya transfer qarşılığında heyətinə qatıb.

Fransız futbolçu “Nice”da keçirdiyi 2 mövsümdə 22 matçda 1 qol vurub.

Alexis Beka Beka ötən ilin yay aylarında intihara cəhd edib.

Bahar Rüstəm