NHL çempionu, Florida Panthers

Bakı, 25 iyun, Sporaz.tv

Florida Panthers, Amerika Milli Buz Xokkey Liqası NHL-də çempion oldu. Florida seriyanın son oyununda 2-1 qalib gəldi və tarixində ilk dəfə Stenli Kubokunu öz muzeyinə apardı.

Sporaz.tv xəbər verir ki, Amerika Milli Buz Xokkey Liqası NHL çempionu bəlli olub. Floridada “Florida Panthers” və Kanadanın “Edmonton Oilers” komandası arasında seriyanın yeddinci oyunu keçirilib.

Tamaşaçıların dəstəyi ilə matça təsirli başlayan Florida ilk periodda 1-0 önə keçib. 3-0 geridə qalan və seriyanı 3-3-ə çatdırmağı bacaran Edmonton bu görüşdə də asanlıqla təslim olmayıb, hesabı 1-1 edib.

Meydan sahibləri ikinci hissədə vurduğu qolla hesabı 2-1-ə çatdırıb. Son dövrədə başqa qol olmadı və Florida Panthers matçı 2-1 və seriyanı 4-3 qazanaraq çempion oldu.

Beləliklə, Florida komandası ilk dəfə NHL Buzda Xokkey Liqasında çempionluq sevincini yaşayıb.