Bakı, 18 noyabr, Sporaz.tv
Neymarın zədə səbəbindən pis günlər keçirən meneceri Pini Zahavi “Santos” iddialarına cavab verib.
Sporaz.tv xəbər ki, Braziliyalı ulduz Neymarın meneceri Pini Zahavi futbolçunun “Santos”a transfer olunacağı ilə bağlı iddialara cavab verib.
Fabrizio Romano ilə danışan Zahavi, “Neymar və “Al Hilal” arasında ayrılıq danışıqları yoxdur. Onun müqaviləsi var və çox xoşbəxtdir” deyib.
Zahavi: “Neymarın gələcəyi haqqında danışa biləcək yeganə insanlar onun atası və mənik. “Santos”a dönəcəyi ilə bağlı şayiələrin haradan gəldiyini bilmirəm”.
32 yaşlı braziliyalı ulduz 2023-cü ilin yayında 90 milyon avroya transfer olunduğu “Al Hilal”da cəmi 7 matçda meydana çıxıb və zədələri səbəbindən 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bahar Rüstəm