Neymar transferindən imtina: “Palmeiras tibb mərkəzi deyil”

Bakı, 17 noyabr, Sporaz.tv

Braziliya Liqası komandalarından olan “Palmeiras“-ın prezidenti Leyla Pereira, Neymarı transfer etməyəcəklərini bildirib.

Sporaz.tv məlumat verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Al-Hilal” komandasında davam etdirən Neymarın komandadan ayrılması gündəmdədir.

Çapraz bağ zədəsi səbəbindən uzun müddət meydandan uzaq qalan və ötən ay komandaya qayıdan braziliyalı ulduz yenidən zədələnib.

Neymar, zədəsini sağaltdıqdan sonra ikinci oyununda matçı davam etdirə bilməyib və tərəfə gəlib. Təcrübəli futbolçunun ən azı bir ay komandadan uzaq qalacağı gözlənilir.

“Al-Hilal”-la müqaviləsi mövsümün sonunda başa çatacaq Neymarın gələcəyi qeyri-müəyyən qalsa da, “Palmeiras”-ın prezidenti Leila Pereira braziliyalı futbolçu ilə maraqlanmadıqlarını bildirib.

Leila Pereira Braziliya mediası UOL-a verdiyi müsahibədə: “O, əla oyunçudur, amma Santosa gedir. Bilmirəm, Santosdan soruşmalısan, amma o, bura gəlməyəcək. Mən kiməsə sərmayə qoymaq istəyirəm. Məşqçi qərar verərsə dərhal ya da sabah gələcək.”- deyə o, açıqlama verib.

“Al Hilal”-la müqaviləsi mövsümün sonunda başa çatacaq Neymar hələ klubu ilə yeni müqavilə imzalamayıb. Neymarın adı Lionel Messi və Luis Suaresin də oynadığı MLS komandası “İnter Miami” ilə bağlıdır.

Braziliya komandalarından olan “Santos”-un prezidenti Marcelo Teixeira, həftə ərzində verdiyi açıqlamada transferdə tələsməyəcəklərini bildirib. Teixeira: “Heç bir spekulyasiya olmayan yerdə iflarla gözlənti yaratmağa ehtiyac yoxdur. Arzumuz bəllidir, atası və komandası istəyimizi bilir. Məni tanıyırlar, Santosu tanıyırlar. Bunun vaxtı hələ deyil. Biz gözləməliyik”.- deyib.

Leave a Reply