Neymar keçmiş komandasına qayıdacaqmı?

Bakı, 12 noyabr, Sporaz.tv

Santos“-un prezidenti Marcelo Teixeira bildirib ki, Neymarın Braziliyaya qayıtması barədə danışmaq hələ tezdir. Teixeira, ulduz futbolçunun “Al-Hilal”-dakı vəziyyətinə aydınlıq gətirilməli olduğunu bildirib.

Sporaz.tv məlumat verir ki, Braziliya B Seriyasında “Coritiba” ilə səfər oyununda qalib gələrək A Seriyasına qayıdan Neymar “Santos”-un gündəmdədir.

Santos“-un prezidenti Marcelo Teixeira, “Coritiba” matçından sonra verdiyi açıqlamada Neymarın qayıdışı barədə danışmağın tez olduğunu bildirib.

Teixeira açıqlamasında: “Fərziyyənin olmadığı yerdə gözlənti yaratmağa ehtiyac yoxdur. Arzumuz bəllidir, atası və komandası istəyimizi bilir. Məni tanıyırlar, Santosu da tanıyırlar. Vaxtı deyil. bunun üçün hələ gözləmək lazımdır”.- deyə o, açıqlama verib.

Ötən mövsüm çarpaz bağından zədə alan Neymar, oktyabrın 21-də meydana qayıdıb.

Asiya Çempionlar Liqasında “Al-Hilal“-ın “Al-Ain” matçında zədəsindən 369 gün sonra meydana qayıdan Neymar sonradan oyuna daxil edilib.

Braziliyalı ulduz, zədəsindən sonra ikinci matçda davam edə bilməyib və zədələnib. Neymarın zədə səbəbindən ən azı 1,5 ay meydanlardan uzaq qalacağı gözlənilir.

Futbol karyerasına “Santos”-un infrastrukturunda başlayan Neymar daha sonra “Barcelona” və PSG-də çıxış edib.

Neymar ötən mövsümün əvvəlində PSG-dən ayrılaraq Səudiyyə Ərəbistanının “Al-Hilal” komandası ilə müqavilə imzalayıb.

Leave a Reply