Neymar ilin sonuna kimi çempionatda oynamayacaq

Bakı, 15 sentyabr, Sporaz.tv

Səudiyyə Ərəbistanının Al Hilal (Əl-Hilal) klubunun və Braziliya yığmasının hücumçusu Neymar ilin sonuna kimi çempionatda oynaya bilməyəcək.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, klub braziliyalı oyunçunu heyətə daxil etməyib.

Səudiyyə Ərəbistanı Pro Liqası üçün növbəti qeydiyyat 2025-ci ilin yanvarında başlayacaq. 2023-cü ilin oktyabrında zədələnən Neymarın noyabr ayında yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, 32 yaşlı futbolçu 2023-cü ilin yayında PSG-dən Səudiyyə Ərəbistanı klubuna transfer olunub.

Leave a Reply