Bakı, 8 noyabr, Sporaz.tv
Uzun müddətdir ki, zədədən əziyyət çəkən Neymar karyerasını vətənində davam etdirmək istəyir.
Sporaz.tv xəbər verir ki, braziliyalı futbolçu hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanı təmsilçisi Al Hilal (Əl-Hilal)-la müqaviləsinə yanvarda xitam verməyi düşünür.
32 yaşlı futbolçu Braziliyanın “Santos” klubu ilə danışıqlara başlayıb. Son anda hər hansı bir dəyişiklik olmayacağı təqdirdə, Neymar “Santos”-la yeni müqavilə imzalayacaq.