Nemanja Matic”Fenerbahçe”nin radarında

Bakı, 8 avqust, Sporaz.tv

Yarımmüdafiəçi transferi planlaşdıran “Fenerbahçe”nin gündəmində Nemanja Matic var idi. Jose Mourinho daha əvvəl 3 fərqli komandada birlikdə çalışdığı Nemanja Maticlə 4-cü dəfə görüşməyi hədəfləyir.

Sporaz.tv xəbər verir ki, transfer səylərini davam etdirən “Fenerbahçe”də gücləndirmə üçün planlaşdırılan sahələrdən biri də orta sahədir. Bu çərçivədə “sarı-göylü” komandanın gündəminə gələn son ad Nemanja Matic oldu.

“Fenerbahçe”nin baş məşqçisi Jose Mourinho Nemanja Matici transfer etmək istəyir.

Daha əvvəl Maticlə “Chelsea”, “Manchester United” və “Roma”da çalışmış Mourinhonun təcrübəli yarımmüdafiəçi ilə 4-cü dəfə görüşmək istədiyi xəbərdə ətraflı yer alıb.

“Lyon”la daha 2 illik müqaviləsi olan 36 yaşlı Nemanja Maticin hələlik bu transferi həyata keçirmək fikrində olmadığı bildirilir.

Ancaq “Lyon”un bu yay satmalı olduğu və “Fenerbahçe”nin bundan yararlanmaq istədiyi vurğulanıb.

Ötən mövsüm “Lyon”la ümumilikdə 19 matça çıxan Nemanja Matic 1534 dəqiqə meydanda qalıb.

“Lyon” təcrübəli futbolçunu 2023-24 mövsümünün ara transfer dövründə “Rennes”dən 2,6 milyon avroya transfer edib.