Bakı, 19 noyabr, Sporaz.tv
“Neftçi”nin futbolçusu Kilan Lebon Saint Martin millisinin heyətində növbəti oyununu keçirib.
Sporaz.tv xəbər verir ki, 27 yaşlı futbolçu KONKAKAF Millətlər Liqası çərçivəsində Qrenada komandasına qarşı matçın iştirakçısı olub. Lebonun dubl etdiyi matçı Saint Martin 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, Saint Martin 6 oyundan sonra öz qrupunda 6 xalla sonuncu yerdədir.