Bakı,20 aprel,Sporaz.tv
“Neftçi“nin iki futbolçusu bu gün “Zirə”yə qarşı keçirəcəkləri Premyer Liqanın XXXI turun oyununu buraxacaq.
Bu barədə milli mediaya “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.
Bərpa prosesi keçən qapıçı Emil Balayev və cəzalı Azər Salahlı sözügedən matçda meydana çıxmayacaqlar.
Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.