“Neftçi”nin ən uzun qələbəsiz seriyası

Bakı, 21 sentyabr, Sporaz.tv

Neftçi” klubu tarixinin antirekorduna imza atıb.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, Bakı klubu Azərbaycan çempionatlarında startda ən uzun qələbəsiz seriyasını rəsmiləşdirib.

Bu, Azərbaycan Premyer Liqasının cari mövsümündə gerçəkləşib. VII turda “Qarabağ”a 0:4 hesabı ilə uduzan Roman Hrihorçukun rəhbərlik etdiyi komanda startdakı yeddi oyunda qələbə qazanmayıb.

“Ağ-qaralar”ın bunadək mövsümün əvvəlindəki ən uzun qələbəsiz seriyası 2017/2018 mövsümünə təsadüf edib. Həmin vaxt ardıcıl 6 start oyununda qalib gəlməyən paytaxt təmsilçisi seriyasını 7-ci cəhddə qırıb.

Qeyd edək ki, “Neftçi” 7 turdan sonra 4 xal toplayıb.

Leave a Reply