“Neftçi”dən yeni transfer

Bakı, 23 may, sporaz.tv

Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Yerli media məlumat verir ki, Bakı klubu “Montenegro (Monteneqro)” millisinin və Kosovonun “Ballkani (Balkani)” komandasının yarımmüdafiəçisi Edvin Kutsla anlaşıb.

Bu barədə 31 yaşlı oyunçunun özü açıqlama verib. “Ballkani (Balkani)” ilə vidalaşan futbolçu karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib.

Qeyd edək ki, Edvin Kuts 2023-cü ildən çıxış etdiyi “Montenegro (Monteneqro)” millisində 3 oyuna 3 qol vurub.

Mənbə:Azərtac