“Neftçi”də ayrılıq

Bakı, 28 iyun, Sporaz.tv

Neftçi” daha bir futbolçu ilə yollarını ayırıb.

Sporaz.tv  AZƏRTAC-a istinadən xəbər verir ki, “ağ-qaralar” Ata Caberlə vidalaşıb.

2022-ci ilin iyununda transfer olunmuş oyunçu “Neftçi”nin heyətində 58 rəsmi matçda meydana çıxıb, 9 qol vurub.

Qeyd edək ki, Bakı klubu daha əvvəl yarımmüdafiəçi Eddi İsrafilov və qapıçı Aqil Məmmədovla əməkdaşlığa son qoyub.