Bakı, 27 iyul, Sporaz.tv
“Neftçi” transfer çalışmalarını davam etdirir.
Sporaz.tv xəbər verir ki, “ağ-qaralar” ukraynalı futbolçu Andrey Ştoqrinlə anlaşıb. “Çernomorets”də çıxış edən 25 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə bağlanacaq.
Oyunçu sabah Bakıda olacaq. “Neftçi”nin futbolçu üçün qarşı tərəfə təzminat ödəyəcəyi də bildirilir.