”Neftçi” “Sabah” la qarşılaşacaq

Bakı, 18 avqust, Sporaz.tv


Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun daha bir oyunu keçiriləcək.

Sporaz.tv xəbər verir ki, “Neftçi” “Sabah”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:30-da başlayacaq.

Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib.