“Neftçi” klubunun oyunçusu oyunu buraxmalı olacaq

Bakı,25 may,Sporaz.tv

Neftçi” Azərbaycan Premyer Liqasının 36-cı turunda “Neftçi Arena”da “Sabah”la qarşılaşacaq.

Sporaz.tv xəbər verir ki, “ağ-qaralar”da yalnız bərpa prosesi keçən Emil Balayev bu matçı buraxmalı olacaq. Komanda ilə məşqləri bərpa edən Emin Mahmudovun meydanda olub-olmayacağına isə oyun günü aydınlıq gələcək.Qeyd edək ki, “Neftçi” – “Sabah” qarşılaşması sabah saat 19:00-da başlayacaq.

Mənbə:İdman xəbər