”Neftçi” baş məşqçisi ilə qollarını ayırır

Bakı, 7 oktyabr, Sporaz.tv

“Neftçi” baş məşqçisi Roman Hrihorçukla yollarını ayırır.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib. O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.

Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.

Qeyd edək ki, Roman Hrihorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.