Necip Uysal azarkeşlərə mesaj

Bakı, 24 avqust, Sporaz.tv

Beşiktaş“ın kapitanı Necip Uysal bugünkü məşqdə aldığı zədədən sonra açıqlama verib.

Sporaz.tv xəbər verir ki, o, “Beşiktaş”ın bugünkü məşqində zədələnib və onun sol dizində çarpaz bağ zədəsi olduğu açıqlanıb.

Necip Uysal ağ-qara azarkeşlər üçün paylaşım edib.

Uzun müddət meydandan uzaq qalacağı gözlənilən Necipin sosial media hesabından verdiyi açıqlama belədir:

“Böyük Beşiktaş azarkeşləri,

Bildiyiniz kimi, zədəm var. Müalicə prosesi boyunca komandamızı dəstəkləməyə və bacardığım bütün töhfələri verməyə davam edəcəyəm. Meydançaya daha tez və daha güclü qayıtmaq üçün bütün əzmlə çalışacağam.

Mənə dəstyək olan və tezliklə sağalmağımı arzulayan hər kəsə təşəkkür edirəm”.

Bahar Rüstəm