Necati Ər Yunanıstanda birinci olub

Bakı,20 may,Sporaz.tv

Yunanıstanda keçirilən Beynəlxalq Venizeleia-Chania yarışında yarışan atlet Necati Ər kişilər arasında üç təkanla tullanmada birinci olub.

 Türkiyə Atletika Federasiyasından verilən məlumata görə, Necati Dünya Atletika Assosiasiyasının Qitə Turunun bürünc kateqoriyalı təşkilatları arasında keçirilən tədbirə qatılıb.

Sporaz.tv xəbər verir ki, Necati Krit adasının Xaniya şəhərində keçirilən yarışı 16,85 metr hündürlüyə tullanma ilə birinci yerdə başa vurub.

Fransanın Montgeron şəhərində keçirilən digər bürünc kateqoriyalı yarışda trasa çıxan Mehmet Çelik kişilər arasında 800 metr məsafəyə qaçışda 1 dəqiqə 46,87 saniyə nəticə ilə 3-cü yeri tutub.

Vüqar ALIŞOV