NBA, yeni komanda planlarını bir müddət təxirə salıb

Bakı, 11 sentyabr, Sporaz.tv

NBA, liqaya yeni komanda əlavə etmək planlarını hələlik təxirə salıb. NBA-nın baş icraçı direktoru Adam Silver: “Məsələ bu mövsüm direktorlar şurası tərəfindən qiymətləndiriləcək” -qeyd edib.

Sporaz.tv xəbər verir ki, Adam Silver liqanın yeni komanda üçün hələ hazır olmadığını, lakin mövsüm ərzində bu məsələnin gündəmə gətiriləcəyini bildirib.

NBA, sonuncu dəfə 2004-cü ildə liqaya yeni komanda əlavə etmək qərarına gəlmişdib və həmin müddətdə Charlotte Hornets liqanın otuzuncu klubu olub.

NBA-ya yeni komanda kimi qoşulmaq üçün təxminən 4 milyard dollar qonorar ödəmək lazımdır.

Yeni komandanın  Las Vegas və ya Seattle olacağı gözlənilir.

39 yaşlı superulduz Lebron Jamesin də Las Vegasdan olan komanda ilə NBA-ya qatılmağı planlaşdırdığı məlum olub.

Leave a Reply