NBA tarixində bir ilk daha yaşanıb

Bakı, 28 iyun, Sporaz.tv

Milli Basketbol Assosiasiyasında (NBA) ilk yaşanıb.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, NBA draftına qatılan “Los Anceles Leykers”in əfsanəvi basketbolçusu Lebron Ceymsin oğlu Bronni Ceyms atası ilə eyni komandada oynamaq hüququ qazanıb.

Bu Milli Basketbol Assosiasiyasının tarixində ilk belə hadisə kimi yadda qalıb.

19 yaşlı Bronni Ceyms son olaraq Cənubi Kaliforniya Universitetinin basketbol komandasında mübarizə aparıb.