NBA-nın ən çox qazananı LeBron James

Bakı, 4 iyul, Sporaz.tv

Los Angeles Lakers, həm LeBron James, həm də oğlu Bronny James ilə müqavilə imzaladı. Beləliklə, 39 yaşlı ata James, NBA tarixində ən çox maaş alan oyunçu oldu.

Sporaz.tv xəbər verir ki, NBA-nın ən böyük ulduzu sayılan LeBron James daha 2 il Los Angeles Lakers-də oynayacaq.

“Lakers”, 39 yaşlı Jamesə 2 il ərzində təxminən 100 milyon dollar ödəyəcək. Beləliklə, LeBron James, NBA müqavilələrindən ümumilikdə 580 milyon dollar qazanacaq.

Həmçinin, James, imzaladığı müqavilələr ilə NBA tarixində 500 milyon qazanc limitini keçən ilk basketbolçu oldu. Kral ləqəbli James, NBA-da 22-ci mövsümünü oynamağa hazırlaşır. Los Angeles Lakers LeBron James ilə yanaşı, 55-ci seçimlə oğlu Bronny ilə də müqavilə imzaladı.

Atası ilə eyni vaxtda müqavilə imzalayan Bronny 4 ildən sonra 8 milyon dollar qazanacaq. İndi ata və oğul Jamesin NBA tarixində bir ilkə imza atacağı və birlikdə oynayacağı matç səbirsizliklə gözlənilir.