NBA-nın oyunçusu “Sabah”da

Bakı, 4 iyul, Sporaz.tv

Sabah” komandası, heyətini yeni basketbolçu ilə gücləndirib.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizi FIBA Çempionlar Liqasında təmsil edəcək “tələbələr” amerikalı Hassani Gravetti transfer edib. Onunla iki illik müqavilə imzalanıb.

Hassani Gravett peşəkar karyerası ərzində 2021-2022-ci illər mövsümündə NBA-də çıxış edən “Orlando Magic”in heyətində 8 oyuna çıxıb.

O, son mövsümü Polşanın “Slask” klubunda keçirib.