NBA-da ilin ən yaxşı müdafiə 5-likləri açıqlanıb

Bakı,22 may,Sporaz.tv

Amerika Basketbol Liqasında (NBA) ilin ən yaxşı müdafiə 5-likləri açıqlanıb.

NBA-nın verdiyi açıqlamaya görə, 2023-2024 mövsümünün ən yaxşı müdafiə 5-ləri idman yazarları və yayımçılarının iştirak etdiyi səsvermə nəticəsində müəyyən edilib.

Sporaz.tv xəbər verir ki, səsvermədə bu mövsüm karyerasında 4-cü dəfə “ilin müdafiə oyunçusu” mükafatına layiq görülən Minnesota Timbervolvesin futbolçusu Rudy Gobert ən çox seçilən ad olub.

Vüqar ALIŞOV