Nate Sestina ile yollar ayrıldı

Bakı, 18 iyun, Sporaz.tv

Fenerbahçe (Fənərbaxça) Beko Basketbol Komandası, amerikalı oyunçu Nate Sestina ilə yollarını ayırdığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, sarı-göylü klubdan edilən şərhdə, Fenerbahçe (Fənərbaxça) ailəsinə verdiyi töhfələrə görə Nate Sestinaya təşəkkür edir və karyerasının yeni dövründə uğurlar arzulayırıq”. deyildi.

Digər tərəfdən, son 2 mövsümdür Fenerbahçe (Fənərbaxça) Kişi Basketbol Komandasında çıxış edən Nick Calathes, komandadan ayrılıb.

Basketbol Super Liqasının final seriyasının son matçından sonra verdiyi açıqlamada Calathes, Fenerbahçe (Fənərbaxça)-nın ona burada oynaması üçün verdiyi fürsətə görə çox minnətdar olduğunu bildirib və buradan yaxşı şərtlərlə ayrıldığını qeyd edib.

Sarı-göylər klubu da bu gün rəsmi açıqlama yayaraq Nick Calatheslə yollarını ayırdıqlarını bildirib. “Fənərbaxça”nın mövzu ilə bağlı verdiyi açıqlamada “Nick Calathes Fenerbahçe ailəsinə verdiyi töhfələrə görə təşəkkür edir və ona karyerasının yeni dövründə uğurlar arzulayırıq” deyilib.

Yunan basketbolçu komandasının bu mövsüm Avroliqanın Dördlər Finalında və Super Liqa çempionluğunda uğur qazanmasında mühüm pay sahibi olub.