Napoli’de Conte dövrü

Bakı,5 iyun,Sporaz.tv

İtaliya A Seriyasının komandalarından olan “NapoliAntonio Konte ilə 3 illik müqavilə imzaladıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, 2 il əvvəl çempionluq qazandıqdan sonra ötən mövsüm yarışdan kənarda qalan “Napoli”, mövsüm ərzində 3 fərqli məşqçi ilə çalışıb.

Mövsümə Rudi Qarsiya ilə başlayan “Napoli”, mövsümün ortasında Qarsiya yerinə Mazzarini təyin etdi. Mazzarinin rəhbərliyi altında liqa matçlarında cəmi 3 qələbə qazana bilən Napoli, Françesko Kalzonanın rəhbərliyi altında mövsümü başa vurdu. Ötən mövsüm 53 xal toplayan açıq mavilər İtaliya Superkubokunda da “İnter”ə 1:0 hesabı ilə məğlub olub.

Sonuncu dəfə Premyer Liqa komandalarından biri olan “Tottenham Hotspur”da çalışmış Antonio Konte 2021-ci ildə komandaya keçib və ötən ilin martında komandadan ayrılıb. Tottenham, Kontenin rəhbərliyi altında, 76 matçda: 41 qələbə, 23 məğlubiyyət və 12 heç-heçə qeydə alınıb.