“Napoli”dən transfer olunan Osimhenin pərdəarxası

Bakı, 20 sentyabr, Sporaz.tv

Napoli“-nin idman direktoru Giovanni Manna, Victor Osimhenin “Galatasaray“(Qalatasaray)-a keçidi haqda danışıb. Manna bildirib ki, həm Osimhen, həm də özlərinin əvvəlcə bu transferə həvəsi olmayıb.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın “Napoli”-dən icarəyə götürdüyü Victor Osimhenin transferi ilə bağlı İtaliya komandasının idman direktoru Giovanni Manna mühüm açıqlamalar verib.

Radio CRC-yə danışan Manna, Osimhenin “Galatasaray”-a keçidinin bir fürsət transferi olduğunu ifadə edərək dedi:

“Avropada transfer bazarı bağlandı və yay pəncərəsi bitən kimi Osimhen üçün bizə gəldilər. Əvvəlcə nə Osimhen, nə də biz kredit transferinə çox da həvəsli deyildik. Daha sonra futbolçu ilə danışaraq həll yolu tapmağı bacardıq və bu həll hamını qane etdi. Açığı, onu satmaq istərdik, amma bu mümkün olmadı”.

Leave a Reply