“Napoli” “Leonardo Spinazzola”nı pulsuz transferlə heyətinə qatıb

Bakı, 10 iyul, Sporaz.tv

Napoli” “Roma” ilə müqaviləsi başa çatan Leonardo Spinazzolanı heyətinə qatıb.

Sporaz.tv məlumat verir ki, 2019-cu ildən “Roma“da çıxış edən Leonardo Spinazzolanın yeni ünvanı “Napoli”dir.

“Napoli” Leonardo Spinazzola ilə müqavilə imzaladığını açıqlayıb. 31 yaşlı futbolçu “Roma” ilə müqaviləsi başa çatdıqdan sonra azad olub.

Leonardo Spinazzola ötən mövsüm “Roma”nın heyətində 36 oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 1 qol vurub, 4 məhsuldar ötürmə edib.