Nacho Fernansdes karyerasını bitirdi

Bakı, 25 iyun, Sporaz.tv

Real Madrid“in kapitanı Nacho Fernandes 24 il formasını geyindiyi Real Madriddən ayrıldı.

Sporaz.tv xəbər verir ki, 34 yaşlı futbolçu sosial media hesabında paylaşım edərək “Real Madrid” azarkeşləri ilə vidalaşdı.

Nachonun vidası:

“Hörmətli madridistalar,

Bu an hiss etdiyim hər şeyi ifadə etmək üçün az olan bir neçə kəlməni sizə həsr etmək istəyirəm. Həyatımın klubu Real Madridlə vidalaşıram. 10 yaşım olanda gəldim, özümü bir insan və oyunçu kimi formalaşdırdım, qazanmağı və uduzmağı, mübarizə aparmağı və əziyyət çəkməyi, həzz almağı, hər zaman həvəs və əzmlə yaşamağı öyrəndim. Bu gün olduğum hər şeyi öyrəndim. Mən 25 ilə yaxındır ki, hər gün eyni yerdə məşq etməyə gəlirəm, Real Madridin dəyərlərini öyrənirəm, canımı verirəm və bu qalxan üçün mübarizə aparıram. Mənim üçün çox çətindir, amma indi bu qalxanı həm meydanda, həm də meydandan kənarda təmsil etmək üçün hər zaman əlimdən gələni etdiyimi bildiyim üçün inam və rahatlıqla ayrılmağın vaxtıdır. Uşaq vaxtı stadionumuzda, Santiago Bernabeuda oynamaq arzusunda idim və bu gün 15-ci Çempionlar Liqasını qaldırmağı bacaran kapitan kimi karyeramı başa vurmaq şərəfinə nail oldum. Hisslərimi ifadə etməyə söz yoxdur.

İstərdim ki, məni klubu üçün hər şeyi verən bir gənc oyunçu kimi xatırlayasınız. Ürəyimdən təşəkkür edirəm. Bu yaxınlarda görüşərik, Madridistalar.”

Nachonun “Real Madrid”dəki uğurları:

Nacho 2001-ci ildə, cəmi 10 yaşında olarkən “Real Madrid”ə transfer olub. 2012-ci ildə A Komandasının əsas oyunçusu olana qədər gənclərdən ibarət komandanın bütün kateqoriyalarında çıxış edib. Nacho “Real Madrid”də 12 mövsüm oynadı. “Real Madrid” tarixinin ən uğurlu futbolçularından olan Nacho, 364 oyun keçirib və 26 çempionluq qazanıb.

Nacho 6 Çempionlar Liqası, 5 Klublararası Dünya Kuboku, 4 Avropa Super Kuboku, 4 Liqa, 2 Kral Kuboku və 5 İspaniya Super Kubokunun qalibi olub.

Fabrizio Romanonun xəbərinə görə, Səudiyyə Ərəbistanı təmsilçisi “Al Qadsiah” Nacho Fernandeslə anlaşıb.

34 yaşlı müdafiəçinin də “Al Qadsiah”da sağlamlıq yoxlamasından keçdiyi və yaxın vaxtlarda transferin açıqlanacağı bildirilib.

Bahar Rüstəm