Nəhəngləri bir-birinə qarşı qoyacaq transfer

Bakı,21 may,Sporaz.tv

Lille“də çıxış edən Leny Yoro üçün “Real Madrid” və “Paris Sen-Germain” transfer yarışına çıxıb. Fransa nəhəngi hər məsələdə “Lille”lə anlaşsa da, futbol cəbhəsi transferdə problemlər yaradırdı.

Sporaz.tv xəbər verir ki, “Real Madrid” “Lille”lə müqaviləsi 2025-ci ildə başa çatacaq Leny Yoronu məqbul transfer haqqı qarşılığında heyətinə qatmaq istəyir. Transferdə iştirak edən “PSG” futbolçunun klubu ilə anlaşsa da, Yoronun fikri “Real Madrid”dədi.

“PSG” və Lill 50 milyon avrodan bir qədər çox transfer əvəzi qarşılığında Yoronun transferi üçün prinsipial razılığa gəliblər. Lakin futbolçu “PSG”yə getmək istəmir.

Leny Yoronun yanvar ayından onunla maraqlanan “Real Madrid”də oynamaq istədiyi bildirilirdi. İspaniya nəhəngi futbolçunun transfer qiymətini azaltmaq üçün danışıqları davam etdirir.

Dəyəri 40 milyon avro olan 18 yaşlı müdafiəçi bu mövsüm “Lille”in heyətində 44 oyunda 3 qol vurmağı bacarıb.

Bahar Rüstəm