Nəhənglər Liqasında gecənin nəticələri

Bakı, 18 sentyabr, Sporaz.tv

UEFA Çempionlar Liqasında yeni mövsümə bu gün keçirilən 6 oyunla start verilib. Son çempion “Real Madrid” “Stuttgart“ı 3-1 məğlub edərək mövsümə 3 xalla başlasa da, günün ən çox xal toplayan matçında “Bayern Munich“, “Dinamo Zagreb“i 9-2 hesabı ilə qalib gəlib.

Sporaz.tv xəbər verir ki, UEFA Çempionlar Liqasında 2024-2025 mövsümünə ilk dəfə təşkil edilən liqa formatında ilk həftə matçları ilə start verilib. Günün ilk matçında saat 19.45-də milli futbolçu Kənan Yıldızın çıxış etdiyi “Juventus”, “PSV Eindhoven”i 3-1 hesabı ilə məğlub edib. Komandasının ilk qolunu qeyd edən Kenan, karyerasının ilk Çempionlar Liqasında qolunu vurdu və eyni zamanda matçın oyunçusu seçildi. Digər yarışda İngiltərənin “Aston Villa” komandası “Galatasaray”ı mübarizədən kənarlaşdıraraq, turnirdə iştirak edən İsveçrə təmsilçisi “Young Boys”u səfərdə 3:0 hesabı ilə məğlub edib.

Günün ən çox xal qazanan matçında Almaniya təmsilçisi “Bayern Munich”, “Dinamo Zagreb”i 9-2 hesabı ilə məğlub edib.

“Bayern Munich”ə qələbə qazandıran qolları Harry Kane (4), Michael Olise (2), Raphael Guerreiro, Leroy Sane və Leon Goretzka  vurub. Zaqrebin qollarını Bruno Petkoviç və Takuya Oqivara vurub.

Qarşılaşmada vurduğu 4 qoldan 3-nü penaltidən vuran “Bavariya”nın hücumçusu Harry Kane Çempionlar Liqası tarixində penaltidən hat-trick edən ilk futbolçu olub.

Hazırkı çempion “Real Madrid” qələbə ilə başlayıb.

Nəhənglər Liqasında 2023-2024 mövsümünü çempionluqla başa vuran “Real Madrid”, yeni mövsümün ilk oyununda Almaniyanın “Stuttgart” komandasına 3-1 hesabı ilə qalib gəlib. İspaniya təmsilçisinə qələbə qazandıran qolları Kylian Mbappe, Antonio Rüdiger və Endrick vurub. “Stuttgart”ın yeganə qolunu Deniz Undav vurub.

“Real Madrid”də çıxış edən türk futbolçu Arda Güler ​​75-ci dəqiqədə Rodrigonun yerinə oyuna daxil olub.

“Liverpul” “Milan”ı 3:1 hesabı ilə məğlub edib

Günün digər vacib oyununda isə “Liverpool” “Milan”ı 3:1 hesabı ilə məğlub edib. “Liverpool”un qollarını Ibrahima Konate, Virgil van Dijk və Dominik Szoboszlai, “Milan”ın qolunu Christian Pulisic vurub.

UEFA Çempionlar Liqasında günün nəticələri belədir:

19.45 Young Boys – Aston Villa: 0-3

19.45 Juventus – PSV Eindhoven: 3-1

22.00 Milan – Liverpool: 1-3 22.00

Bayern Münih – Dinamo Zagreb: 9-2

22.00 Real Madrid – Stuttgart: 3-1

22.00 Sporting CP – Lille: 2-0

Bahar Rüstəm

Leave a Reply