Bakı, 4 noyabr, Sporaz.tv
Misli Premyer Liqasının XII turunda “Sabah” səfərdə “Sumqayıt”ın qonağı olub.
Sporaz.tv xəbər verir ki, 1-0 hesabı ilə bitən qarşılaşmadan sonra “Sumqayıt”ın üzvü Elvin Bədəlov oyunla bağlı təəssüratlarını bölüşüb:
Oyun haqqında düşüncələriniz?
- Çətin oyun oldu. Həm hava şəraiti, həm də rəqib mübarizəni çətinləşdirdi. Amma yaxşı mübarizə apardıq. Bu oyun bizim üçün çox vacib idi. Matça yaxşı əhval-ruhiyə ilə çıxdıq oyuna. Oyun çox gözəl alınmasa da, əsas 3 xal idi, onu da qazandıq. Xoşbəxtik.
Mediada sizin “Qarabağ”a transferinizlə bağlı iddalar ortaya atılıb. Bu xəbərlərə münasibətiniz necədir?
- Mən də dünən gördüm. Göndərdilər mənə. Özümdə bilmədim bu xəbər necə çıxdı. Belə bir şey yoxdur. Özümədə maraqlı gəldi.
Bəs mövsum sonunda “Qarabağ”dan təklif gələrsə, transferin gerçəkləşmə ehtimalı nə qədərdir?
- Yəni mümkün deyil deyə bilmərəm. “Qarabağ” top klubdur, amma mən hələ bu barədə düşünmürəm. Nə vaxt təklif gəlsə, o zaman ətraflı düşünmək olar.
Vaqif Cavadovun klubdakı çıxışını necə qiymətləndirirsiz?
- Vaqif müəllimin necə oyunçu olduğunu hamı bilir. Vaxtı ilə çox yaxşı oyunçu olub. İndi də məşqçidir. Çox da həvəslidir. Onun yaxşı məşqçi olacağını düşünürəm. Bu yolda yaxşı da irəliləyir. Hələ çalışmalıdır. Həm o, həm biz, həm də komanda kimi inkişaf etməliyik. Məncə məşqçimizin gələcəyi var. Ona uğurlar arzulayıram.
Sizcə, gələn mövsümdə “Sumqayıt”ı Avropa liqası komandaları arasında görmək mümkün olacaq?
- Hədəf oyundan oyuna olur. Mövsümün əvvəlində istəyirdik oralarda olaq. Amma alınmadı. İndi hələ liqanı düşünməliyik. Cədvəldə yuxarı qalxandan sonra Avroliqa məsələlərini düşünməliyik.
Bahar Rüstəm