Bakı, 4 oktyabr, Sporaz.tv
Amerika Basketbol Liqasında (NBA) “Dallas Mavericks“, “Orlando Magic“-i 108-85 hesabı ilə məğlub edib.
Sporaz.tv xəbər verir ki, Magic-i qəbul edən “Mavericks”, ulduz futbolçu Luka Doncicin 32 xal, 9 ribaund və 7 asistli çıxışı ilə qalib gələrək, mövsümdə 4-cü qələbəsini qazanıb. Sloveniyalı ulduz, 32 xalla matça damğasını vurub.
Daniel Gafford 18, Kyrie Irving isə 17 xalla qələbəyə töhfə verib.
Beləliklə “Orlando Magic” ardıcıl 3-cü, mövsümdə isə 4-cü məğlubiyyətini alıb.