Bakı, 18 sentyabr, Sporaz.tv
UEFA “Young Boys” matçında qırmızı vərəqə alan “Galatasaray“ın qapıçısı Fernando Musleranın 3 oyunluq cəzalandığını açıqlayıb.
Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Galatasaray”ın “Young Boys”la oyununda birbaşa qırmızı vərəqə alan Fernando Muslera UEFA tərəfindən 3 oyunluq cəzalanıb.
Təcrübəli qolkiper cəzasını UEFA Avropa Liqasında “PAOK”, “Rigas FG” və “Elfsborg”la keçiriləcək oyunlarda çəkəcək.
Bahar Rüstəm