Bakı, 8 oktyabr, Sporaz.tv
“Galatasaray“ın kapitanı Fernando Muslera bu yaxınlarda türkcə “Az qaldı” qeydi ilə qum saatı emojisini paylaşıb. Uruqvaylı əlcək postunun arxasında duran həqiqət üzə çıxıb.
Sporaz.tv xəbər verir ki, bu mövsüm “Galatasaray”dakı çıxışı zaman-zaman müzakirə mövzusu olan Fernando Musleranın postu ötən gün çox danışılıb.
Türkcə “Az qaldı” qeydi ilə qum saatı emojisini paylaşan uruqvaylı əlcəyin komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılıb.
Musleranın paylaşımındakı həqiqət üzə çıxıb. Musleranın milli fasiləni gözlədiyi və ailəsi ilə əlaqəni bərpa etmək üçün ölkəsi Uruqvaya getdiyi üçün bu postu paylaşdığı bildirilib.
Musleranın paylaşımı:
Bahar Rüstəm