Musleradan əlcəyi götürəcək ən güclü namizəd

Bakı, 18 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) Fernando Musleranın yerinə qapıçı axtarır. Mövsümün sonunda sarı-qırmızılılar, Walter Benitezin ölkəsinə qayıtması planlaşdırılan uruqvaylı əlcəkçinin əvəzləyicisi kimi düşünürdülər. Lakin “Galatasaray” fikrini dəyişib.

Sporaz.tv məlumat verir ki, Musleranın mövsümün sonunda ölkəsinə dönəcəyinə görə “Galatasaray”, qapıçı axtarışlarını sürətləndirib.

Sarı-qırmızılıların ilk hədəfi “PSV” forması geyinən Walter Benites olub.

Lakin Benitesin 31 yaşının olması uzun illərdir sabitlik axtaran “Galatasaray”-ın başqa adlar arxasınca getməsinə səbəb olub.

Bu istiqamətdə fəaliyyətini davam etdirən sarı-qırmızılı futbolçular sırasına “Nantes“-in forması geyinən 25 yaşlı Lafont da əlavə edilib.

2021-ci ildə “Fiorentina”-dan 7,5 milyon avroya “Nantes”-ə keçən Lafontun hazırkı bazar dəyəri 9 milyon avro olaraq göstərilir.

Boyu 1,96 fut olan fransız qolkiper bu mövsüm “Nantes”-in heyətində 7 oyun keçirib. Bu görüşlərdə 8 qol vuran Lafont, 2 matçda qol buraxmayıb.