Muslera, Şenol Günəşi geridə qoyaraq rekord qırıb

Bakı, 29 may, Sporaz.tv

2011-ci ilin yayında “Lazio”dan sarı-qırmızılı komandaya gələn Muslera “Galatasaray”da keçirdiyi 13 mövsümdə 7 Super Liqa kuboku qazanıb.

Sporaz.tv xəbər verir ki, Uruqvaylı qolkiper 2011-12, 2012-13, 2014-15, 2017-18, 2018-19, 2022-23 və 2023-24 çempionatları ilə Super Liqa kubokunu ən çox qazanan qapıçı adını tək qazanıb.

“Trabzonspor”un əfsanəvi qapıçısı və Türkiyə futbolunun ən önəmli məşqçilərindən olan Şenol Günəş daha əvvəl 6 çempionluqla Super Liqa kubokunu ən çox qazanan qapıçı ünvanına sahib olub. Ötən mövsüm “Galatasaray”ın çempionluğu ilə Günəşi tutan Muslera bu mövsüm də rekord qırmağı bacarıb.Təcrübəli qapıçı Fernando Muslera Trendyol Superliqasının 34-cü həftəsində “Adana Demirspor”la qarşılaşan “Galatasaray”ın heyətində bir mövsümdə ən çox qol buraxmamaq rekordunu yeniləyib.

Uruqvaylı qolkiper 2011-2012 mövsümündə Super Liqada 90 dəqiqə forma geyindiyi 32 normal mövsüm matçının 16-da qapını təmiz saxlayaraq “sarı-qırmızılar”ın əfsanəvi qapıçıları Claudio Taffarel və  Faryd Mondragonun rekordunu təzələyib.
Muslera bu mövsüm 37 liqa matçının 17-də rəqibinə qol buraxmadı və öz rekordunu bir addım irəlilədi.“Galatasaray”da Taffarel 1998-1999 və 1999-2000, Mondragon isə 2004-2005 mövsümlərində hərəyə on beş matçda qapısını təmiz saxlaya bilib.Fernando Muslera “Galatasaray”da keçirdiyi 13 mövsüm ərzində ümumilikdə 5 prezident və 9 məşqçi görüb.Ünal Aysalın prezident olduğu dönəmdə “Galatasaray”a transfer olunan Muslera Duygun Yarsuvat, Mustafa Cengiz, Burak Elmas və Dursun Özbeklə çalışmaq imkanı qazanıb.

Baş məşqçi Fatih Terimin istəyi ilə sarı-qırmızılılar heyətinə qatılan uruqvaylı qolkiper daha sonra Roberto Mancini, Cesare Prandelli, Hamza Hamzaoğlu, Mustafa Denizli, Jan Olde Riekerink, Igor Tudor, Domenec Torrent və Okan Burukun da heyətində yer alıb. Fernando Muslera Superliqada ən çox oyun keçirən əcnəbi futbolçu adına sahibdir.Uruqvaylı qolkiper sarı-qırmızılı komandanın heyətində ümumilikdə 409 liqa matçında (6-sı Super Final idi) meydana çıxıb.O, 508 matçın 182-də qapını təmiz saxlayıb.Fernando Muslera “Galatasaray”da 508 matçda 539 qol buraxıb.qarşılaşmaların 182-də qolsuz qol saxlayan uruqvaylı qolkiper 326 matçda rəqiblərinin qol vurmasının qarşısını ala bilməyib.Muslera “Galatasaray”da oynadığı matçlarda 3 qırmızı və 54 sarı vərəqə görüb.

Bahar Rüstəm