Musa Qurbanlı əməliyyat olunacaq

Bakı, 24 iyul, Sporaz.tv

Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

Sporaz.tv “Report”-a istinadən xəbər verir ki, klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

“Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək”.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”a bu yay İsveçin Djurgårdens  (Yurqorden) klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.