Murat Sancak yenidən “Adana Dəmirspor”un prezidenti olub

Bakı, 6 iyun, Sporaz.tv

Murat Sancak yenidən Super Liqa təmsilçisi Adana Demirsporun klub prezidenti olub.

Sporaz.tv xəbər verir ki, Sancak, sosial media hesabında klubun yeni idarə heyətinin müəyyənləşdiyini açıqlayıb.
Rəhbərliyin xeyirli və uğurlu olmasını arzulayan Sancak, “Mübarizəni davam etdirin. Oyunları birlikdə pozacağıq. Həvəslər ürəklərdə qalacaq” dedi.

Sancakın sədrlik etdiyi 13 nəfərlik idarə heyətində Metin Qorxmaz , Həsən Surözü , Ali Sancak da idarə heyətində yer alan adlardandır.

“Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak vəzifəsini fevralın 25-də Metin Korkmaza təhvil verib.