Mövsümün qolu Ozan Tufandan

Bakı , 1 may , Sporaz.tv

Hull City”də çıxış edən Ozan Tufanın “QPR”(Queens Park Rangers) matçında vurduğu qol azarkeşlər tərəfindən mövsümün ən yaxşı qolu seçilib.

Sporaz.tv xəbər verir ki , mövsüm mükafatları “Hull City“də keçirilən mərasimdə sahiblərinə təqdim edilib.

Ozan Tufan qazandığı mükafatla bağlı bunları deyib: “İlin ən yaxşı qoluna görə mükafatı bu axşam aldığıma görə çox xoşbəxtəm. Səs verən azarkeşlərimizə təşəkkür edirəm. Türkiyədən və bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Burada son 1 matçımız var. Əlimizdən gələni edəcəyik və pley-offa yüksələcəyik” dedi.

Bu mövsüm “Hull City”nin heyətində 39 matça çıxan Ozan Tufan bu matçlarda 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bahar Rüstəm