Mourinhonun şahzadəsi

Bakı, 4 sentyabr, Sporaz.tv

Jose Mourinhonun istəyi ilə “Fenerbahçe “yə transfer olunan Çağlar Söyüncü göstərdiyi performansla portuqaliyalı çalışdırıcının vazkeçilməz futbolçularından birinə çevrilib. Təcrübəli müdafiəçinin Djiku ilə harmoniyası da diqqət çəkir.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe “dən 8,5 milyon avroya transfer haqqı alan Çağlar Söyüncü bu mövsüm keçirdiyi 8 matçın 7-də mərkəz müdafiəçisi duetlərindən biri olub.

Çağlar Söyüncünün ilk 11-də yer aldığı liqa matçlarında “Fenerbahçe” cəmi iki qol buraxıb.

Mourinho təcrübəli müdafiəçini tam müdafiəçi kimi görür və zədəli və ya cəzalı olmadığı halda Çağlar Söyüncüdən formanı almağı düşünmür.

Digər tərəfdən Çağlar Söyüncünün Djiku ilə harmoniyası da portuqaliyalı çalışdırıcını sevindirir. Çağlar Söyüncü “Fenerbahçe”də 24 matçda forma geyinib. 28 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bahar Rüstəm