Bakı, 18 sentyabr, Sporaz.tv
Ötən mövsüm Fenerbahçe (Fənərbağça)-dakı çıxışı ilə zaman-zaman tənqid hədəfinə çevrilən Dominik Livakovic Superliqadakı son 8 matçın 7-də qapısını təmiz saxlayıb.
Sporaz.tv xəbər verir ki, mövsümün əvvəlində göstərdiyi performansla diqqət çəkən Dominik Livakovic, Fenerbahçe (Fənərbağça)-nın qapısında komandasına böyük güvən verir.
29 yaşlı qapıçının bu mövsümki performansının arxasında Jose Mourinhonun olduğu bildirilib.
Jose Mourinho, mövsümdən əvvəl Dominik Livakoviclə təxminən 1 saat üzbəüz görüş keçirib. Baş məşqçinin: “Səninlə yola davam etmək istəyirəm. Qapıçı transferini istəməyəcəyəm” -dediyi qeyd edilib.